Ümumilikdə, müsabiqədə 20 Avropa şəhəri iştirak edib. Onlar arasında Budapeşt, Kopenhagen, Florensiya, İnsbruk, Paris, London, Valensiya, Strasburq, Praqa, Venesiya və Dubrovnik kimi şəhərlər olub.
Bundan əvvəl Riqa “Avropanın mədəniyyət paytaxtı” nominasiyasında Avropanın 10 şəhəri sırasında 4-cü yerə layiq görülmüşdi. Dünyanın iri turizm nəşrlərindən hesab edilən "Lonely Planet"-in versiyasına əsasən, məhz bu 10 şəhəri 2014-cü ildə səyahət edərkən ziyarət etmək məsləhət olunur. Nəşrin ekspertləri Riqada şəhər memarlığını, eləcə də kafe və restoranlar şəbəkəsinin inkişafını qeyd ediblər.
2010-cu ildə Avropa Birliyi ölkələrinin təhsil və mədəniyyət nazirləri Riqanı 2014-cü il Avropanın mədəniyyət paytaxtı qismində təsdiq ediblər. İkinci mədəniyyət paytaxtı isə İsveçin Umeo şəhəri olub.
Riqa artıq bu layihəyə hazırlıq işlərini fəal şəkildə görməkdədir. Tədbirlər proqramına gələn il Latviyanın paytaxtında keçirilməsi nəzərdə tutulan 200-dən artıq sərgi, konsert, festival və digər mədəni hadisələr daxil edilib. Tədbirlərin ümumi büdcəsi 34 mln ABŞ dolları təşkil edəcək.
AzVision.az