Təlimlərdə iştirak edən türkiyəli hərbçilər yola salınıb - FOTO
05 May 2019
Oxunub:2332
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.