“Azərbaycan üçün hər addımı atmağa hazırıq” - Davudoğlu
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, jurnalistlərin suallarını cavablandıran baş diplomat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının Ermənistanda keçiriləcən iclasında iştirak edə biləcəyinə işarə edib.
XİN rəhbəri Azərbaycanla Ermənistan münasibətlərinə toxunaraq Qarabağ probleminin həlli üçün hər addımı atmağa hazır olduğunu vurğulayıb:
“Son günlər Azərbaycanla Ermənistan və Azərbaycan Türkiyə arasında sıx təmaslar həyata keçirilir. Bu baxımdan proseslərin sürətləndiyi vaxtda Qarabağ probleminin həll edilməsi üçün əlimindən gələni etməyə, bu istiqamətdə hər bir addımı atmağa hazırıq”.
Rüstəm İsmayılov