Pakistanla ABŞ arasında gərginlik

Pakistanla ABŞ arasında gərginlik
  22 Noyabr 2013    Oxunub:962
Pakistanda ABŞ-a məxsus pilotsuz təyyarədən endirildiyi ehtimal olunan aviazərbə nəticəsində 5 nəfər, o cümlədən Haqqani qruplaşmasının ali rəhbərlərindən biri həlak olub.
“Dron hücumunun” yarı-müstəqil tayfa regionundan kənarda baş verməsi ölkədə narazılığa yol açıb.

Pakistan rəsmilərinə görə, Aviazərbədən ölənlərdə biri ABŞ qoşunlarına qarşı mübarizə aparan Haqqani qruplaşması liderinin müavini olub. Hazırda siyasətlə məşğul olan keçmiş kriket ulduzu İmran Xan dron hücumunu pisləyib. Xeybər Paxtunxva vilayətinin hökümətini təmsil edən partiyanın rəhbəri hücumun tayfa ərazilərindən kənarda baş verdiyini bildirib.

Bundan əvvəl İmran Xan ABŞ-ın davam edən dron hücumlarına etiraz olaraq Pakistan hökümətini NATO-nun Əfqanıstandakı bazalarına yanacaq və digər vasitələr daşıyan yük maşınlarının Pakistandan keçən təchizat xəttlərini bağlamağa çağırmışdı.

Baş verən hadisə ABŞ-ın pilotsuz təyyarə əməliyyatlarının başladığı 2004-cü ildən bəri Pakistanın yarı-müstəqil tayfa bölgəsindən kənarda baş vermiş ikinci belə insidentdir və bunun İslamabadla rəsmi Vaşinqtonun əlaqələrində gərginliyini artıracağı gözlənilir.


Teqlər:





Xəbər lenti