Mirşahin Sevinc Osmanqızı ilə bağlı yeni faktlar açıqladı – VİDEO

   Mirşahin Sevinc Osmanqızı ilə bağlı yeni faktlar açıqladı –    VİDEO
  06 May 2019    Oxunub:23502
Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mirşahin Ağayev öz müəllif proqramında ötən həftə verdiyi anonsdakı “Azərbaycanı yataqda xarici xüsusi xidmətlərə satan qadın kimdir” sualını cavablandırıb. Əlavə olaraq, yeni faktlar da səsləndirib.
Azvision.az verilişin həmin hissəsini oxucularına təqdim edir:



- Son zamanlar Osmanqızı və onun ayıb olmasın yaxın, uzaq ətrafı əməlli başlı bir kompaniyaya başlayıb. Guya REAL Tv onu hansısa videolarla təhdid edir, jurnalistikadan əl çəkməsə onun intim görüntülərini yayacağı ilə hədələyir. Qadın hətta bir az da irəli gedərək bu prosesin guya Prezident tərəfindən idarə olunduğunu elan edir. Bir sözlə ağzına və ağlına gələni danışır. Dövləti faktiki olaraq şantaj edən bir adam hətta REAL-ın bağlanmasını belə tələb edir.

Yəni, ömründə beş-altı kitab oxumuş bu alayarımçıq jurnalist doğrudan bu qədər xəstədir ki, Prezidentin Onun haqqında düşünə biləcəyini fikirləşir. Dünyada gedən 4-cü sənaye transformasiyasının, qlobal yenidən qurmanın vacib hissələrindən birinin təşkili və idarə olunması boyda işlərlə məşğul olan İlham Əliyevin hansısa mikroskopik monitor canlısı haqqında düşünməyə həvəsi və ya vaxtı ola bilərmi? Nə absurd, nə cəfəngiyyatdı bu? Osmanqızının ağzından qapıb onunla oral həmkarlıq edən Gültəkinlər, Əlilər, filanlar barədə az sonra danışarıq. Deməli, gəlin bir az əvvələ qayıdaq. Söhbət nədən gedir və mən nə demişəm.

Nə intim video, nə pornotəhdid... Sadəcə elan. Və televiziyadan, ümumiyyətlə kütləvi informasiya vasitəsində anons texnologiyasından az-çox anlayışı olan hər kəsə bəllidir ki, belə telefəndlər, maneralar yol veriləndir, tətbiq olunandır hətta olduqca mühüm bir komponentdir! Osmanqızı özü də belə üsullardan yararlanıb və yararlanmaqdadır. Onlarla belə misal çəkə bilərəm. İndi isə məni maraqlandıran bir sual. 28 aprel Bakı vaxtilə saat 18-də, yəni mənim o bütün əli-ayağı çatanlara müraciət edir ki, ay camaat qoymayın REAL-dan mənə təhdid gəlir ki, jurnalistika fəaliyyətini dayandırmasan sənin intim videonu yayacağıq.

Sevinc Osmanqızı bu hay-küyü niyə salıb? Cavab çox sadədir. Sevinc Osmanqızına yataq tanış gəlib. Ola bilər ki, almada öz dişlək yerini tanıyıb. Elektron məktublarda öz sözlərini görüb. Çünki mən məchul məşhur xanımın tələbələri barədə danışmışam və onların da risk qrupunun üzvləri kimi müayinə edilə biləcəyini söyləmişəm, amma heç yerdə deməmişəm ki onların müəllimi Sevincdir. Doğrudur, mən belə demişəm: “əvvəl elə başa düşürdüm ki, adam yataqda konkret bir dövlətə xüsusi xidmət göstərir. Amma araşdırmalarım məni ən azı çaşdırıb, ən çoxu isə deyə bilirəm ki, qızın dəqiq iki, bəlkə üç adaxlısı var. Tarix nəinki 2, hətta 3 ayrıı-ayrı dövlətin agenti olan belə şəxsləri tanıyır. Bizim qəhrəmanımızın 3 dildə sərbəst danışması da ona tam belə imkan verir. Özü də zəif iradəsi, dayanıqsız vətəndaşlığı onu rahat 3 telli durnaya çevirə bilərdi. Hər halda araşdırılması vacib məsələdir” - sitatımın sonu.

Amma heç burda da Sevincin adını çəkməmişəm. Gizlətmirəm. Həmin şəxsin sevinc olduğunu nəzərdə tutmuşam. Çünki məktublarda onun ünvanı, adı və s.var. Siz onu indi iri planda görürsünüz. Amma razılaşaq ki, Osmanqızının özünü birhəftə 3 saat əvvəl elan etməsi məsələnin tam doğru olduğunu sübut edir. Deməli: burdan çıxan nəticə. Sevinc əmin idi ki, onunla bağlı məlumatları mənə sızdırıblar və özü də bunu onun ən yaxın ətrafı edib. Oxşar hal Osmanqızının Çingiz Sultansoya göndərdiyi mesajla da baş vermişdi. Yeri gəlmişkən, bu qadın mətbuata, imkanı, əli-ayağı çatan hər yerə haray-həşir salıb ki, onun telefon danışıqları dinlənilir, filan. Baxmayaraq ki, mənim təqdim etdiyim materialda heç bir telefon danışığı yox idi.

Deməli, burda da söhbət gizli dinləmələrdən yox, whatsapla göndərilən səs naməsindən gedir. Sevinc Almaniyanı, Birləşmiş Ştatları, Avropanı, Arktika pinqvinlərini günahlandırınca yəqin ən azı maraqlanmalıydı ki, onun göndərdiyi bu qrant mesajını kim mənə də yollaya bilər?! Hər şey bu qədər sadə. Bu hadisəni sadəcə bir haşiyə kimi çıxdım. Qaldığımız yerə qayıdıram. Harda ki Kempenin evində almanı xarala atmışdılar ha... bax ora. İndi göstərəcəyim şəkildəki Sevincdir. Bilmirəm Kempenin bağ evinin həyətində tuşladığı bu silahla kimi nişan alır və ya onun hədəfində Azərbaycandır ya Qarakənddə helikopterimizi vuran Qarabağ separatçıları, amma dəqiq özüdür. Sevinc Osmanqızı. Narahat olmasın. Təsvirlərdə bundan dərinə getməyəcəm. Mən harda dayanmaq lazım olduğunu yaxşı bilirəm. Uşaq var, böyük var. Hə, bir şeyi ddə deyim, Osmanqızı hər çıxışında elan edir ki, Azərbaycanın heç bir kanalına baxmırlar, hamı oturub sosial şəbəkədə ona və onun kimilərə baxır, amma hər dəfə də efirə çıxardığı dəstəkçilər onun məntiqini vururlar. Məsələn, bu cümlələrlə: “bir var burda danışırıq biz Sevinc xanım. Axı Mir Şahin hər evə girir, adamların anası var, bacısı var, və sair. Məncə uzun müddət redaktorluq etmiş birisi ən azı özünü belə gülünc vəziyyətə salmamalıdır.

Beləliklə, Osmanqızı mövzusunu bitirək. Əvvəla qadın ərli ol-ola başqa birisilə görüşür. Sevişir. Hətta uşaqlarınının hərarətini, qızdırmasını belə doğma atasıyla yox onunla müzakirə edir. Ona düzlənərək, ya da əyrilənərək həyatında yeni bir Amerika açır. Bir sözlə olur-yerli yataqlı düüüüüüt!

İkincisi, qadın görüşdüyü şəxsin xüsusi xidməti orqanı əməkdaşı olduğunu bütün çılpaqlığı ilə bilir, amma bu barədə vətəndaşı olduğu Azərbaycan dövlətinin müvafiq qurumlarına məlumat vermir, üstəlik potensial 3 qat xəfiyyə kimi istifadə edilməsinə şərait yaradır. Bu zaman onun əməlinin adı olur: xəyanət! Və nəhayət övladlarına baxacağını vəd edən bir məxfi əcnəbinin ipinin ucundan yapışır və balalarını doğma atanın icazəsi olmadan oğurlayaraq ölkədən, yadellinin qucağına qaçırır. Bu əməlin də adı sadəcə cinayətdir! Düüüt, xəyanət və cinayət! Göründüyü kimi kifayət qədər ciddi, hətta dövlətə xəyanət boyda bir hadisəni hansısa qadın və kişinin cinsi münasibətləri səviyyəsinə endirmək, hansısa intimdən, mintimdən danışmaq diqqəti yayınıdrmaqdır. Təkrar edirəm, Osmanqızı olmur, lap Yekaterina olsun, mənə onun yataq macəraları maraqlı deyil. Söhbət onun xüsusi xidmət orqanına xidmət etməsindən gedir.

Daha bir qeydim var. Osmanqızı hər dəfə REAL Təhlil və İnformasiya mərkəzini hakimiyyət tərəfindən maliyyələşdirilən bir kanal kimi təqdim və təlqin etməyə çalışır. Rəsmən bildirirəm. Bu kanal tam müstəqildir, özünü reklam və sponsorlar hesabına maliyyələşdirir. Hesablarımız tam şəffafdır və Osmanqızından fəqrqli olaraq biz qazanc mənbələrimizi açıq göstərə bilərik. Yəni bunu da ona görə deyirəm ki, Osmanqızının bütün iddiaları kimi bu bəyanatı da yalan, təbəssümü kimi saxtadır. Amma bir zamanlar o təbəssüm çox məsum, bakirə və təmiz idi, məlahətli və sirli idi. Mən çox-çox əvvəl Sevincin Binə hava Limanında Amerika Birləşmiş Ştatlarının yüksək rütbəli dövlət adamına uşaq məsumluğu ilə necə sual verdiyini, aldığı cavabdan xoşbəxt olduğunu, onun təmiz ingilis dilində verdiyi sualdan qürrələnən rəhmətlik Osman müəllimin bığaltı necə gülümsədiyini xatırlayıram.

O da yadımdadır ki, məşhur tədqiqatçı əlim Qulam Məmmədlinin 80 illik yubileyi idi. Tofiq Rüstəmova Osman müəllim Sevincin gələcəyini diplomatik xidmətdə gördüyünü deyirdi. Osman Mirzəyev xaraktercə köhnə kişilərdən idi. Həyalı, əkabür. Hətta öz həyat yoldaşının adını belə dilinə gətirməmişdi. Məsələn, yadımdadı, 80-ci illərdə Dalğa proqramında elektrik ət çəkənindən danışırdı və deyəsən belə dedi, uşaqların anası üçün almışam, razı qalıb. Solmaz xanım isə yadımda həmişə jurnalistika cəfakeşi kimi qalacaq. Sevən həyat yoldaşı. Qayğıkeş ana. Vicdanlı vətəndaş. Osman Mirzəyev. Şəhid. Namuslu bir azərbaycanlı. Övladlarından heç nəyi əsirgəməyən ata. Amma onlar rahat yata bilirmi? Əmin deyiləm. Çünki ortada başqa bir yataq var. Məncə hər şeyi dedim. Bəzi cavablar isə suallar çıxdıqca olacaq. İndi isə Osmanqızının havadarlarının məntiqi ilə bağlı düzəlişlərim.

Bunlardan biri Gültəkin Hacıbəylidir. Toylar kraliçası. Təki mikrofon olsun. Deməli, bu qadın bir müddət əvvəl məni, nə az-nə çox, faşizmdə günahlandırıb. Səbəbi də çox sadədir. Əvvəlcə onun sosial şəbəkədə yaydığı bu paylaşıma baxın. Fraqment aprelin 7-dəki çıxışımdandır. Deməli qadın paylayıb:
“Çağırış kimi çıxmasaydı, məsələn şörək dükanlarına müraciət edərdim ki, satıcılarımız bu adamlara çörək satmasınlar. Sürücülərimiz bu miskin varlıqları avtobuslara minməyə qoymasınlar. Şəxsiyyət vəsiqələri rəsmən qüvvədə olsa da onların kimliklərini gerçək hesab etməsinlər. Təcili yardım stansiyalarımız onların çağırışlarını qəbul etməsinlər. Yasa, toya buraxmasınlar. Bir sözlə belələrini cəmiyyət bir zamanlar Çernışevskinin məruz qoyulduğu tənbeh növünə məhkum etsin!”
Məlumatsız tamaşaçı və ya oxucu əlbəttə belə bir çıxışı bəyənməməli, faktiki olaraq mülki edamın elementlərini əks etdirən bu platformaya sərt reaksiya verməlidir. Bəs əslində nə baş verib? Deməli, mənim fikirlərimin əvvəli və sonrası kəsilib. Mətnin konteksdən çıxarılmamış variantını təqdim edirəm. Zəruri qeyd. Yadınızdasa o gün mən Qurban Məmmədovun İsgəndər Həmidovla bağlı yazdığı təhqiramiz mesajı, özünü xalq hərəkatı adlandıran bir qrupun küçə uşağı səviyyəsindəki toplanışlarını və ləkəli bioqrafiyalarına baxmayaraq millətə rəhbərlik etmək iddiasına düşdüklərini ictimailəşdirmişdim. Və ondan sonra bu fikirləri söyləmişdim.

Gültəkin Hacıbəyli, və onun burnundan fırt eliyib düşən Əli Kərimli guya ictimai qınaq çağırışı elan edir, əslində isə növbəti dəfə məni mənəvi terrora məruz qoymaq üçün öz marginal qara quralarına fas deyir. Onlar arasında daha kimlər yoxdur: Bir zaman millət vəkili mandatını partiya maraqlarından üstün tutduğuna görə AXCP-dən qovulan, bu gün isə Milli Şura sədri kimi yenə də Əli Kərimliyə sığınan Cəmil Həsənli kimi əqidə xizəkçisi, özü boyda çılpaq həqiqət Xədicə İsmayıl və onların vətəndən kənar hamiləlik döldaşları, Orduxan, Tural, adlarını bilmədiyim daha bir-iki ibtidai insan formatlılar. Əli Kərimli isə ümumiyyətlə qəribə bir varlıqdır. Yəni həm var həm də yox. Tutaq ki, onu AXCP sədri kimi təqdim edirlər. Amma dövlətin nəzərində o AXCP-nin sədri kimi yoxdur. Qeydiyyatı yoxdur. Deməli onun rəhbərlik etdiyi təşkilat haqqında belə demək olar. Özünü AXCP adlandıran təşkilatın sədri. Amma kimdi bu sədr? Əli Kərimli? O da tam mövcud deyil axı. Adamın pasportu yoxdur. Deməli onu da ən yaxşı halda belə tanıtmaq olar: “Özünü Əli Kərimli adlandıran adam”.





Teqlər: Sevinc-Osmanqızı   Mirşahin  





Xəbər lenti