Baş nazir Rusiyadadır

Baş nazir Rusiyadadır
  22 Noyabr 2013    Oxunub:1025
Rəcəb Tayyib Ərdoğan Rusiyada Dağlıq Qarabağ problemini müzakirə edəcək
Ötən gün axşam saatlarında Esenboğa hava limanından yola düşən Türkiyə liderinin Rusiya prezidenti Vladimir Putinlə Moskvada deyil, Kreml rəhbərinin doğma şəhəri Sankt-Peterburqda görüşəcəyi məlum olub. Görüşdə müzakirə ediləcək məsələlər arasında Cənubi Qafqazdakı münaqişə ocaqları, o cümlədən Dağlıq Qarabağ problemi və Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələləri yer alır.

Həmçinin Suriya münaqişəsi və İranın nüvə proqramları da iki siyasətçinin müzakirə mövzusu olacaq. Suriya problemində Ankara ilə Moskvanın mövqelərinin fərqli olması bu məsələdə danışıqların daha qızğın keçəcəyindən xəbər verir. Türkiyə üçün vacib olan daha bir məsələ isə mavi yanacağın nəqli ilə bağlıdır. Qeyd edək ki, Türkiyə idxal etdiyi qazin böyük hissəsini Rusiyadan alır.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti