Təhsil Nazirliyində “Qaynar xətt” yaradıldı

Təhsil Nazirliyində “Qaynar xətt” yaradıldı
  08 May 2019    Oxunub:2666
Təhsil Nazirliyində təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı “Qaynar xətt” (146-2) istifadəyə verilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, “Qaynar xətt”in əsas məqsədi baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı məlumatların vətəndaşlar tərəfindən birbaşa nazirliyə verilməsidir.

Bu cür məlumatlar nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul ediləcək, həmçinin belə halların qarşısının alınması məqsədilə lazımi tədbirlər görüləcək.

146-2 “Qaynar xətt”inə daxil olan məlumatlar nazirlikdə bu məqsədlə təhkim olunmuş əməkdaşlara yönləndiriləcək, nazirliyin və ya yerli təhsil idarəetmə orqanının aidiyyəti məsul şəxsləri tərəfindən dərhal nəzarətə götürüləcək. Fövqəladə hallarla bağlı daxil olmuş məlumatlar təhlil edilərək mütəmadi olaraq ümumiləşdiriləcək və aidiyyəti təkliflərlə birlikdə nazirliyin rəhbərliyinə təqdim ediləcək.

146-2 “Qaynar xətt”in fəaliyyəti ilə bağlı məlumat lövhələri yeni tədris ilindən başlayaraq bütün təhsil müəssisələrində yerləşdiriləcək.

Fövqəladə hallara təhsil müəssisəsi və ya onun ərazisində baş vermə təhlükəsi olan və ya baş vermiş yanğın, zəhərlənmə, təhsilalanların və ya təhsil işçilərinin xəsarət almasına səbəb olan bədbəxt hadisələr, təhsilalanlara və ya müəssisə işçilərinə qarşı fiziki və ya psixi zorakılıq halları, təhsil müəssisəsinin normal fəaliyyətinin ciddi pozulmasına səbəb ola bilən digər hallar aiddir.

Aytən Zəhra
Azvision.az



Teqlər: TN  





Xəbər lenti