Şagirdin 2-ci mərtəbədən tullanması ilə bağlı fakt araşdırılır

 Şagirdin 2-ci mərtəbədən tullanması ilə bağlı fakt araşdırılır
  08 May 2019    Oxunub:2427
Bakı şəhəri 239 nömrəli məktəbin şagirdinin ikinci mərtəbədən tullanması ilə bağlı fakt araşdırılır.
Bu barədə Azvision.az -a məktəbdən məlumat verilib. Məlumatda bildirilib ki, onun neçənci sinif şagirdi olduğu, hansı dərsdən qaçarkən özünü təhlükəyə atdığı öyrənilir.

“Bizə məlumat daxil olan kimi hadisəni araşdırmağa başlamışıq” deyə məlumatda bildirilib.

Qeyd edək ki, 239 nömrəli məktəbin şagirdinin dərsdən qaçmaq üçün 2-ci mərtəbədən tullanması ilə bağlı video yayılıb.

Bakı Şəhər Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, dəqiq hansı məktəb olduğu məlum olmasa da, məktəblinin pəncərədən atılıb dərsdən qaçdığı görüntünü əks etdirən yayılıb.

"Qeyd olunan videogörüntünün hansı məktəbə aid olduğu bəlli olmasa da, bu kimi hallar yolverilməzdir. Məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi qabaqlayıcı tədbirlər görülür"

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəb   Şagird  





Xəbər lenti