DİM müsahibələrin keçirilmə qrafikini müəyyən edib
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ “ASAN xidmət” mərkəzinin uçot sektorunda baş məsləhətçi - mühasib (1 vakant yer üzrə 6 namizəd), Dövlət Agentliyinin İmişli regional "ASAN xidmət" mərkəzinin uçot sektorunda sektor müdiri - baş mühasib (1 vakant yer üzrə 5 nəfər) vəzifələri olub.
Müsahibələrin mayın 15-dən 27-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/dqq/Report/UmMshMshQrafiki?ElanID=259 linkindən əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Azvision.az