Müəllim olmaq istəyənlər sınağa çəkiləcək

Müəllim olmaq istəyənlər sınağa çəkiləcək
  09 May 2019    Oxunub:1882
Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sınaq imtahanına qeydiyyat prosesi davam edir.

Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Müəllim  





Xəbər lenti