Müharibə veteranlarına avtomobillər təqdim olundu

Müharibə veteranlarına avtomobillər təqdim olundu
  09 May 2019    Oxunub:2495
Mayın 9-da - faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində iki nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, Azərbaycan Vətən Müharibəsinin iki veteranına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş üç nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə iştirak edib.



Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin, habelə 1941-1945-ci illər müharibəsi iştirakçılarının rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. O qeyd edib ki, Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 266 nəfərin bərpa mərkəzlərində müalicəsi təşkil edilib, 78 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 ailəyə mənzil, 1 nəfərə minik avtomobili təqdim olunub.



V. Talıbov isə sosial himayəyə ehtiyacı olan insanlara dövlət qayğısının göstərildiyi bildirib. Qeyd edib ki, müharibə veteranlarına və sosial himayəyə ehtiyacı olanlara minik avtomobillərinin təqdim olunması Azərbaycan dövlətçiliyinin mühüm göstəricilərindəndir.

Sonra Naxçıvan Ali Məclisinin sədri avtomobillərin açarlarını təqdim edib.

Azvision.az


Teqlər:





Xəbər lenti