25 cinayətin üstü “isti izlər”lə açılıb

   25 cinayətin üstü “isti izlər”lə açılıb
  10 May 2019    Oxunub:1614
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Cinayət   DİN  





Xəbər lenti