Azərbaycan Premyer Liqasına yekun vuruldu

Azərbaycan Premyer Liqasına yekun vuruldu
  11 May 2019    Oxunub:2400
Bu gün Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünə yekun vurulub.
Azvision.az -ın məlumatına görə, turun son oyunları eyni gündə keçirilib.

Əvvəlcə üçüncü pilləni təmin edən “Səbail” turniri sonuncu yerdə bitirəcəyi dəqiqləşən “Keşlə”ni qəbul edib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə” səfərdə "Sabah"ı 0:3 hesablı məğlubiyyəyə uğradıb. “Sumqayıt” isə evdə "Qəbələ"ni xalsız qoyub - 1:0.

Turun mərkəzi görüşündə ardıcıl altıncı çempionluğu ötən tur rəsmiləşdirən “Qarabağ” gümüş mükafatçı “Neftçi” ilə qarşılaşıb. Görüş Ağdam klubunun 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Azvision.az


Teqlər: AFFA   Futbol   PremyerLiqa  





Xəbər lenti