`Xəzər Lənkəran`ın baş məşqçisi istefa verdi

`Xəzər Lənkəran`ın baş məşqçisi istefa verdi
  23 Noyabr 2013    Oxunub:1235
42 buraxılan top və son uğursuzluq “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakı istefaya sövq etdi.


AzVision.az APA- ya istinadən xəbər verir ki,Premyer Liqa çərçivəsində keçirilən XIV turda komandası “Bakı” ilə səfər matçında 0:3 hesabı ilə uduzduqdan sonra 64 yaşlı məşqçi vəzifəsindən ayrılmaq qərarına gəlib. Məlumata görə, son 27 gündə alınan 3-cü böyük hesablı məğlubiyyət onun belə addım atmasında böyük rol oynayıb.

Bununla, Toşakın “Xəzər Lənkəran” klubundakı 8 aylıq fəaliyyəti sona çatıb.

Qeyd edək ki, “Xəzər-Lənkəran” oyunçularını 31 matça çıxaran mütəxəssis 9 qələbə, 10 heç-heçə və 12 məğlubiyyətə imza atıb. Onun yetirmələri 24 qol vurub, qapılarından isə 42 top buraxıblar.


Teqlər:  





Xəbər lenti