Silogerlər: Niyə bizdə siyasətçilər blogerə çevrilirlər – VİDEOKÖŞƏ

      Silogerlər:    Niyə bizdə siyasətçilər blogerə çevrilirlər –    VİDEOKÖŞƏ
  13 May 2019    Oxunub:6156
Yəqin, siz də fikir vermisiniz: Azərbaycanda “siyasətçi” kimi tanınan şəxslər əslində daha çox blogerdirlər - status yazır, video paylaşır, canlı yayımlara çıxır və bununla da işlərini görmüş sayılırlar. Son 20-25 ildə normal siyasətçi görməmiş gənc nəsil isə elə bilir ki, siyasətçi elə də belə də olmalıdır.
Bəlkə, onlar haqlıdırlar? Bəlkə, doğrudan da, siyasətçi elə belə də olmalıdır? Ümumiyyətlə, siyasətçi ilə blogerin fərqi nədir? Gəlin, aydınlaşdıraq.



Dostlar, siyasətçi – kütləni təşkilatlandıran və ümumi məqsədə doğru apara bilən şəxsdir. O şəxsdir ki, insanlar ona inanırlar, arxasınca getməyə, dəstək durmağa hazırdırlar. Siyasətçi heç vaxt tək olmur, onun ətrafında mütləq bacarıqlı insanlardan ibarət komanda olmalıdır. Demək, həmin insanları ətrafında saxlaya bilmək üçün siyasətçinin real təsir imkanları və xarizmasının olması da mütləqdir.

Blogerdən isə bunların heç biri tələb olunmur. Blogerə yeganə bir tələb var: İnsanlarda maraq oyatmaq. Nə edirsən-et, nədən danışırsan-danış, təki maraq oyat, vəssalam!

Bax, indi gəldik söhbətin “mustafa”sına – yəni “Niyə bizim müxalif siyasətçilər daha çox blogerdirlər” sualının cavabına.

Bizdəki müxaliflərin kütləni təşkilatlandlrmaq imkanları varmı?
Yox!
Ətraflarında özlərinə sadiq, funksional komanda formalaşdıra, saxlaya bilirlərmi?
Yenə də yox!
Proseslərə hansısa real təsir insanları varmı?
Üçüncü dəfə və üç dəfə yox, yox, yox!

Onlar komanda lideri olmaq bir yana qalsın, hətta komanda oyunçusu da deyillər. Təkdirlər, heç kimi təşkilatlandıracaq, öz ətraflarında birləşdirəcək gücdə deyillər. Onların üçün “ətraf” anlayışı ancaq anotomik mənada yuxarı və aşağı ətrafları – yəni əlləri və ayaqları ilə məhdudlaşır.

Elə isə nə qaldı? Blogerlik. Yəni bu, onların düşünülmüş seçimi deyil, sadəcə, əllərindən başqa şey gəlmir.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Videoköşə   Bloger   Müxalifət  





Xəbər lenti