Hollivud ulduzu vəfat edib

Hollivud ulduzu vəfat edib
  14 May 2019    Oxunub:2450
Amerikalı kino ulduzu və müğənni Doris Dey vəfat edib.
Azvision.az xəbər verir ki, Hollivud ulduzu 97 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Doris Dey 1922-ci ilin aprelin 3-də Ohayo ştatının Sinsinnati şəhərində anadan olub. O, 17 yaşında musiqi karyerasına başlayıb, 1947-ci ildən 1967-ci ilə qədər 650-dən çox mahnını ifa edib.

1937-cildə kino karyerasına başlayan Doris Dey Alfred Hiçkokun "Həddindən çox bilən adam" və Maykl Qordonun "İki nəfərə bir telefon" filmləri ilə məşhurluq qazanıb. Sonuncu filmdəki roluna görə aktrisa "Oskar" mükafatına layiq görülüb.

Azvision.az



Teqlər: Aktrisa   Hollivud  





Xəbər lenti