Şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib

Şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib
  14 May 2019    Oxunub:2479
"Heydər" məscidində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib.
Fondun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mərasim Müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov tədbir iştirakçılarını salamlayaraq onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.



M.İsmayılov qeyd edib ki, ən ali, müqəddəs və şərəfli zirvəyə ucalan şəhidlərimiz daim qəlblərdə yaşayır, heç vaxt unudulmurlar. Belə bir mübarək ayda, iftar süfrəsində şəhid ailələrinin üzvləri ilə bir araya toplaşmaq bizim üçün qürurvericidir. Tədbirdə “Heydər” məscidinin din xadimləri də iştirak edib.



Çıxışlar zamanı qeyd olunub ki, xalqımız əsrlərboyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var. İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.

Azvision.az



Teqlər: Şəhid   İftar  





Xəbər lenti