“Biz erməniyik, oğlum müsəlman ola bilməz” - Arturun anası
Canlı yayımda erməni əsilli olduğunu deyən Artur adlı yeniyetmə xristianlıqdan imtina edib və "Kəlimeyi-Şəhadət" gətirərək müsəlman olub.
Azvision.az -ın məlumatına görə, Lurer.com-a danışan Alina adlı erməni qadın oğlunun müsəlmanlığı qəbul etməsindən xəbərsiz olduğunu, bu işdə onun razılığının alınmadığını deyib.
"Uşağım müsəlman ola bilməz. Biz erməniyik, xristianıq. Belə olacağını bilsəydim, verilişə oğlumla birlikdə gedərdim. Mənim xəbərim olmayıb. Artur suriyalı dostunun dəvətilə ora gedib. O,uşaqdır, səhv edib. Müsəlman olmadı, həm də sünnət olmayıb. Axı biz erməniyik, oğlum müsəlman ola bilməz", - deyə qadın etirazını bildirib.
HDP-li deputat Qaro Palyan erməni ailənin şikayəti əsasında rəsmi qurumlara müraciət ünvanlayıb, Nihat Hatipoğlunun və telekanalın cəzalanılmasını tələb edib.
Azvision.az