Türkiyə parlamentində terror aktının qarşısı alındı - FOTO

Türkiyə parlamentində terror aktının qarşısı alındı -  FOTO
  15 May 2019    Oxunub:4443
Türkiyə Böyük Millət Məclisində (TBMM) terror aktının qarşısı alınıb.

Azvision.az xəbər verir ki, bu gün yerli vaxtla saat 15:00-da iki nəfər parlamentin qəbul şöbəsinə daxil olub.
Onlar CHP-li deputatla görüşəcəklərini deyiblər. Bir qədər sonra şübhəli şəxslər qəbul şöbəsinin əməkdaşına hücum edərək onu girov götürməyə çalışıblar. Təhlükəsizlik xidmətinin işçiləri hadisəyə müdaxilə edərək, terrorçuları ələ keçiriblər.

Biri qadın olan terrrorçuların üzərinə baxış keçirilərkən, onlardan kəsici alət və bomba idarəedicisi tapılıb. Saxlanılan şəxslərdən birinin terror hazırlığı ilə əlaqədar axtarışda olduğu üzə çıxıb. Faktla bağlı araşdırma aparılır.







Azvision.az



Teqlər: TBMM   Terror  





Xəbər lenti