Olimpiya öncəsi Soçidən REPORTAJ

Olimpiya öncəsi Soçidən REPORTAJ
  23 Noyabr 2013    Oxunub:2275
XXII Qış Olimpiya Oyunları fevralın 7-i 23 aralığında Soçidə keçiriləcək. Ardıca isə burada martın 7-dən 16-dək XI Qış Paralimpiya Oyunları keçiriləcək. İdman qurğuları və mehmanxana kompleksləri Soçinin iki hissəsində - dəniz kənarında və dağlıq bölgərdədir. İmereti çökəkliyində buz arenaları və Olimpiya parkı yerləşir. Krasnaya Polyanadakı qurğular daha çox qar üzərində hərəkəti nəzərdə tutan tramplinlər, xizək-bobsley yarışları üçündür.

400-dən artıq Olimpiya qurğusundan yalnız 11-i yarışlar üçün nəzərdə tutulub.

Digər qurğular lazımi infrastruktur: yeni yollar, qovşaqlar, təmizləyici qurğular, enerji obyektləri, mehmanxanalar və yaşayış komplekslərindən ibarətdir. “Şayba” buz arenası isə uzaqdan fırlanan şaybanı xatırladır. Burada medallar uğrunda qadınlardan ibarət xokkey komandaları və Paralimpiya idman növləri üzrə slec-xokkey yığmaları mübarizə aparacaq. Oyunlardan sonra arena Ümumrusiya uşaq idman-təhsil mərkəzinə çevriləcək. “Bolşoy” buz sarayı formaca donmuş damcını xatırladan əsas Olimpiya xokkey arenasıdır.



Günün qaranlıq saatlarında ekrana çevrilən nəhəng günbəzin altında əsas buz meydançaları ilə yanaşı, rahat tamaşaçı zalları və məşq meydançaları da yerləşib. Oyunlardan sonra saray çoxfunksionallı idman və əyləncə meydançasına çevriləcək.

2013-cü ilin fevralında bu zal artıq “Olimpiadaya 1 il” adlı rəngarəng buz şousuna ev sahibliyi edib. Kerlinq mərkəzi olan ”Buz kubu” kerlinq yarışlarının keçirilməsi üçün nəzərdə tutulan ən miniatür Olimpiya arenasıdır. “Buz kubu”nun boz qrafitli divarları rənginə görə, kerlinqçilərin “daş” adlandırdıqları ağır qranit mərmilərə bənzəyir. Onlar xüsusi olaraq hazırlanan qeyri-hamar buz səthi ilə asanlıqla hərəkət edirlər. Arena təkər üzərində keçirilən kerlinq yarışlarını da qəbul edir. Oyunlardan sonra qurğunu başqa rayona da yerləşdirmək olar. Olimpiya stadionu olan “Fişt” Olimpiya parkındakı yeganə qeyri-yarış stadionudur. Burada 2014-cü il Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri keçiriləcək. “Fişt” Böyük Qafqaz dağlarının eyniadlı zirvəsi kimi bütün buz arenalarının üzərində yüksəlir. Stadion günbəzinin silueti dağ massivlərinin unikallığını təkrarlayır. Sonradan Olimpiya stadionu futbol oyunlarını, o cümlədən 2018-ci il Dünya çempionatının mərhələ oyunlarını qəbul edəcək.



Xizək yarışları və biatlon üzrə müsabiqələrin keçiriləcəyi “Laura” kompleksi - 2 stadionu özünə birləşdirən, start və finiş zonaları, atəş tiri, xizək, biatlon üçün ayrı-ayrı trass sistemləri olan ilk kompleksdir. Obyekt Psexako yüksəkliyindəki mənzərəli ərazidə yerləşir. Oyunlardan sonra kompleks beynəlxalq əhəmiyyətli qurğuya çevriləcək. Nəhəng aysberqi xatırladan “Aysberq” qış idman sarayında fiqurlu konki sürmə və şort-trek üzrə yarılar keçiriləcək. Arenanın yalnız temperaturu dəyişəcək. Çünki, şort-trek üçün buz fiqurlu konki sürməyə nisbətən daha sərt və soyuq olmalıdır. Meydanın ətrafındakı xüsusi sistemlərin köməyi ilə transformasiya baş verə bilər. Oyunlardan sonra arena velodroma çevriləcək. “Adler-Arena” konkisürmə mərkəzi Olimpiya parkındakı ən uzun qurğudur.

Olimpiadadan sonra Rusiyanın cənubunda ən böyük sərgi kompleksi olacaq. Yeri gəlmişkən, tünd narıncı tribunalar tamaşaçılara müvafiq əhval-ruhiyyə bəxş edir. Olimpiya parkındakı ən bərk və soyuq buz buradadır. Tramplindən tullanmaq üçün nəzərdə tutulan “Russkie Qorki” kompleksi Aibqa dağ silsiləsinin ətəyində yerləşir. Beynəlxalq ekspertlər bu yeri təsadüfən seçməyiblər. Çünki burada “uçan” xizəkçilər küləyin yan təsirindən qorunurlar. Burada həm də Qış Olimpiya Oyunları tarixində ilk dəfə olaraq qadınlar yarışları keçiriləcək. Kompleks iki tramplindən ibarətdir. Burada yay da belə müsabiqə keçirmək mümkündür. Oyunlardan sonra ərazi məşq mərkəzinə çevriləcək.



“Sanki” xizək mərkəzi Rusiyada beynəlxalq səviyyədə sertifikatlaşdırılmıan xizək-bobsley trassıdır. Idman alətlərinin novu landşafta tamamilə uyğun hazırlanıb və skeleton, xizək, bobleylə sürüşmək üçün nəzərdə tutulub. İdmançıların təhlükəsizliyinin yüksək təminatı virajların dönmə dərəcəsində və sürəti azaldan əks-künclərdə özünü göstərir. Yayda idmançılar tərəkli bobsleylərdə və roliklərdə məşq edə bilər. Oyunlardan sonra mərkəz məşq meydançasına çevriləcək. “Roza Hutor” eksrtim mərkəzi müxtəlif ekstremal idman növlərinin – yüksəlikdən tullanma, salto, dönmələr və s. keçirilməsi üçün nəzərdə tutulub. Rusiyada yeganə kompleksdir ki, Haf-payp, sloup-stayl, moqul, ski, snoubord-kross və qış akrobatikasının keçiriləməsi üçün şərait var. Oyunlardan sonra məşq mərkəzi olacaq. “Roza Hutor” dağ xizək mərkəzinin trasında ən çox medal oynanılacaq. Olimpiyaçılar yüksək sürətli eniş marşrutları və 70 metrə qədər yüksəkliydə uçuş zonaları ilə hərəkət etməli olacaqlar. Keçmişdə Qış oyunlarına ev sahiblıiyi edən şəhərlərin adını daşıyan trasların layihələndirmə işini dünyaca məşhur dağ xizəkçisi Bernard Russi icra edib. Olimpiadadan sonra traslar turistlər üçün açıq olacaq.

Qeyd etmək lazımdır ki, bütün Olimpiya obyektləri 9 bal gücündə zəlzələyə davamlıdır. Tikinti işlərinin az bir hissəsinin davam etmədi də diqqəti cəlb etdi. Olimpiya oyunlarına hazırlıq müddətində əhalinin köçürülməsi həyata keçirilmişdi. İnsanları Olimpiya obyektlərinin yikiləcəyi ərazidən köçürürdülər. Onlara pul kompensasiyaları yaxud yeni qəsəbəyə köçmək təklif olunurdu. Təbii ki, hər kəs köçürülmədən razı deyildi. Çünki, ərazidə sənədsiz çoxlu qanunsuz tikililər var idi. Bu kateqoriyadan olan insanlara hətta hüquqi yardım edilirdi ki, müvafiq sənədlərini hazırlaya bilsinlər.



Onu da qeyd etmək lazımdır ki, oyunların keçiriləcəyi müddətdə Olimpiya parkında 2 mətbuat mərkəzi fəaliyyət göstərəcək. Əsas mərkəz özündə 15 minə qədər jurnalist qəbul edə bilər. KİV üçün bərbərxanada daxil olmaqla, bütün şərait yaradılıb. İkinci mətbuat mərkəzi isə dağlarda yerləşir.

Sevda Babayeva
Xüsusi olaraq Soçidən AzVision.az üçün



Teqlər:  





Xəbər lenti