Bakı finalı: “Çelsi”, yoxsa “Arsenal”? - VİDEOSORĞU

    Bakı finalı:    “Çelsi”, yoxsa “Arsenal”? -    VİDEOSORĞU
  15 May 2019    Oxunub:7073
Paytaxt Bakıda may ayının 29-da futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Minlərlə azarkeşin səbirsizlikə gözlədiyi final qarşılaşmasında İngiltərənin iki klubu - "Arsenal" və "Çelsi" komandaları çempionluq uğrunda mübarizə aparacaqlar.
Həmin görüşü Bakı Olimpiya Stadionunda canlı izləmək üçün Azərbaycana 40 minə yaxın xarici ölkə vətəndaşının gəlməsi gözlənilir. Final matçına dünya miqyasında maraq olduqca yüksəkdir. Azarkeşlər hansı klubun Bakıda çempion olacağı barədə düşünür, hətta maraqlı proqnozlar da verirlər.

Azvision.az şəhərdə mövzu ilə bağlı videosorğu keçirərək hansı klubun çempionluğa layiq olması barədə sakinlərin fikirlərini öyrənib.



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Bakı   Final   Avroliqa  





Xəbər lenti