Mxitaryan Bakıya gəlsin, ya yox? - VİDEOSORĞU

   Mxitaryan Bakıya gəlsin, ya yox? -    VİDEOSORĞU
  15 May 2019    Oxunub:3697
"Arsenal" klubunun erməni futbolçusu Henrik Mxitaryanın Azərbaycana gəlib-gəlməyəcəyi barədə müxtəlif fikirlər səsləndirilir. İştirakçı ölkələrə təhlükəsizlik təminatının verilməsinə baxmayaraq, Mxitaryanın Bakıdakı final oyununda iştirakı sual altındadır.
Azvision.az mövzunun aktuallığını nəzərə alaraq, paytaxt sakinləri arasında videosorğu keçirib.

"Mxitaryan Bakıya gəlsin, ya gəlməsin" sualına respondentlərin cavabları müxtəlif olub. Buna normal baxanlar da var, düşmən ölkə təmsilçisinin gəlməsini istəməyənlər də.



Qeyd edək ki, Bakıda may ayının 29-da futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Minlərlə azarkeşin səbirsizlikə gözlədiyi final qarşılaşmasında İngiltərənin iki klubu - "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az



Teqlər: Final   Sorğu  





Xəbər lenti