Kolleclər publik hüquqi şəxslərə çevriləcək

 Kolleclər publik hüquqi şəxslərə çevriləcək
  16 May 2019    Oxunub:3732
Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib. Azvision.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.
Qərara əsasən , mərkəzi və yerli icra hakimiyyəti orqanları tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər. Yenidən təşkiletmə barədə qərar qəbul edildiyi tarixdən iki ay müddətində həmin orqanlar tabeliklərində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini təsdiqləməli, daha sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etməlidirlər.

Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər də tabeliklərində olan orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili istiqamətində anoloji addımlar atmalıdır.

Azvision.az


Teqlər: Kollec  





Xəbər lenti