“Gəliri və yayımı olmayan qəzetlər bağlanacaq” - Vüqar Səfərli
Bunu Azvision.az -a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
V.Səfərli qeyd edib ki, onlayn media barədə qanun olmadığı üçün saytlara hələlik dövlət dəstəyi göstərilmir. “Qanun çərçivəsində kriteriyalar müəyyənləşməlidir ki, bunun əsasında maliyyə ayrılsın”.
KİVDF rəhbəri, həmçinin ölkədə çap mediasına marağın azalmasına münasibət bildirib. Diqqətə çatdırıb ki, inkişaf etmiş ölkələrdə qəzetlər təkcə yayımla deyil, reklam hesabına özlərini maliyyələşdirirlər.
"Elə ölkələr var ki, qəzetləri pulsuz paylayırlar. Qəzet tirajı deyiləndə onun abunəsi nəzərdə tutulur. Tirajın çoxluğu ilə reklam cəlb edə bilirlər. Reklam sayəsində həm qəzetin çap xərcləri çıxır, həm də özlərinə gəlir qalır. Lakin Azərbaycanda reklam bazarı yox səviyyəsindədir. Ona görə də qəzetlər ümidini ancaq abunəyə, satışa və dövlətdən ayrılan vəsaitə bağlayıb. Vəsait qəzetlərdə tiraj tələbini yerinə yetirməyə, işçilərin əmək haqqısını verməyə güclə çatır. Bu isə qəzetlərin rəngli, daha maraqlı dizaynda çapına mane olur”
Aytən Zəhra
Azvision.az
Teqlər: Vüqar-Səfərli