XƏBƏRDARLIQ! Bu yollarda tıxac var

XƏBƏRDARLIQ! Bu yollarda tıxac var
  23 Noyabr 2013    Oxunub:1225
Bakının müxtəlif ərazilərində böyük tıxaclar yaranıb. AzVision.az Nəqlliyatı İntellektual İdarəetmə Mərkəzinin saytına istinadən xəbər verir ki, bu dəqiqələrdə Tiflis prospektində “Avropa” otelinin yanından başlayaraq Bakı-Sumqayıt şossesinə qədər tıxac hökm sürür. Bu yolun ayrı-ayrı hissələrində saatda 10-16 kilometr sürətlə hərəkət etmək mümkündür. Sumqayıt-Bakı şossesində də “20 Yanvar” metrostansiyasına qədər tıxac mövcuddur.

Bundan başqa, Şah İsmayıl Xətai, 28 May, Həsən Əliyev, Cəlil Məmmədquluzadə, Əliyar Əliyev, Hənifə Ələsgərov, Süleyman Sani Axundov, Ceyhun Səlimov, Niyazi, İstiqlaliyyət küçələrində, Neftçilər və Qara Qarayev prospektlərində də tıxac var. Bakının ən hərəkətli prospektlərindən olan Neftçilər prospektində üzü Azneft meydanına doğru saatda cəmi 8 kiometr sürətlə hərəkət etmək mümkündür.


Teqlər:  





Xəbər lenti