Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları başlayır

  17 May 2019    Oxunub : 595
Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları başlayır
Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına başlanılır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sınaq imtahanları mayın 18-dən 30-dək Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Sınaq imtahanlarında 7 mindən çox şəxsin iştirakı gözlənilir. İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib. İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

Azvision.az

Teqlər: