Bakı metrosunda həyəcanlı anlar

Bakı metrosunda həyəcanlı anlar
  24 Noyabr 2013    Oxunub:1242
Metronun "Nəriman Nərimanov" stansiyasında həyəcanlı anlar yaşanıb.
AzVision.az xəbər verir ki, bu gün axşam saat 19:00 radələrində Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında gərgin anlar yaşanıb.

Gərginliyin yaranmasına səbəb sərnişinlərdən birinin əlində olan planşetin stansiyanın platformasına düşməsi olub.Bunun ardınca platformanın kənarında qatar gözləyən sərnişinlərdən biri stansiyanın hərəkət zolağına enərək planşeti götürüb və xanıma qaytarıb.

Elə bu an stansiya növbətçisi həmin istiqamət üzrə platformaya yaxınlaşan qatarın maşinisti ilə əlaqə saxlayaraq qatarı dayandırmaq haqda təlimat verib.Sərnişinlərin və stansiya işçilərinin köməyilə platformadan çıxarılan sərnişin ərazidən uzaqlaşmaq istədikdə buna imkan verilməyib və hadisə yerinə dərhal polis əməkdaşları çağrılıb.

Əraziyə gələn Bakı Metropiolitenində Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan sərnişin dərhal yaxınlıqdakı polis bölməsinə aparılıb."Nəriman Nərimanov" stansiyasında xidmətdə olan polislərin verdiyi məlumat görə, həmin şəxs izahatı alındıqdan sonra sərbəst buraxılacaq.

Qeyd edək ki, insident nəticəsində xəsarət alan olmayıb.

Fərid Azəri


Teqlər:  





Xəbər lenti