`Baku 2015` forması rəsmən təqdim olundu - FOTO

`Baku 2015` forması rəsmən təqdim olundu - FOTO
  24 Noyabr 2013    Oxunub:1318
`Atletiko` və `Lans`ın `Baku 2015` forması rəsmən təqdim olundu.
İspaniyanın "Atletiko" (Madrid) və Fransanın "Lans" klubları bundan sonra matçlara yeni forma ilə çıxacaq.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, hər iki komandanın formasının üzərindəki "Land of Fire Azerbaijan" sözləri dəyişdirilib.

"Land of Fire Azerbaijan" 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının loqosu və "Baku 2015" sözləri ilə əvəzlənib.

Bununla bağlı bu gün Lans şəhərində formaların təqdimatı keçirilib. Təqdimata qatılan "Lans"ın sahibi və "Atletiko"nun sponsoru Hafiz Məmmədov bu hadisə münasibəti ilə hamını təbrik edib. O, əmin olduğunu bildirib ki, yeni forma hər iki komandaya uğur gətirəcək.

Qalereya




Teqlər:





Xəbər lenti