DİM bakalavrlara müraciət edib

  20 May 2019    Oxunub : 937
DİM bakalavrlara müraciət edib
2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 26 may 2019-cu il tarixində keçiriləcək II mərhələsində 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar test imtahanını Bakı şəhərində, imtahana buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə verəcəklər.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, həmin proqram üzrə Gəncə və Naxçıvan şəhərlərində imtahan verəcək bakalavrlar isə test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.

Azvision.az

Teqlər: DİM   Abituriyent