Tələbə olmaq istəyən 19 əlil imtahan verib

  Tələbə olmaq istəyən 19 əlil imtahan verib
  20 May 2019    Oxunub:1873
Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanında 19 fiziki qüsurlu abituriyent iştirak edib.

Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzinin sektor müdiri Adıgözəl Həbibov bildirib.
Onun sözlərinə görə, həmin abituriyentlər üçün ayrıca otaq və nəzarətçi ayrılıb: “Onlar üçün imtahan normal şəraitdə keçib və uğurla başa çatıb. Valideynlərə müraciət etmək istəyirik ki, əgər imtahan verəcək övladınız fiziki qüsurludursa, bu barədə bir həftə öncədən məlumat verin. Çünki imtahan günü bu barədə məlumat verəndə, onlar üçün ayrıca otaq və nəzarətçi ayırmaq mümkün olmur”, - DİM rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM  





Xəbər lenti