İranın uranı zənginləşdirilməsi hüququ tanınıb

İranın uranı zənginləşdirilməsi hüququ tanınıb
  24 Noyabr 2013    Oxunub:1167
İran və "altılıq" arasında əldə edilmiş razılığa əsasən, İranın uranın zənginləşdirilməsi üzrə hüququ tanınır. Cavad Zərif bu barədə bazar günü məlumat verib.

"Biz qarşılıqlı hörmətə əsaslanan razılığa gəlmişik", - deyə Zərif bildirib.

XİN rəhbərinin sözlərinə görə, tərəflər ümid edir ki, bu razılaşma gələcəkdə daha etibarlı münasibətlər qurmağa imkan verəcək.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə bildirib ki, İranın nüvə proqramı yaxın 6 ay ərzində irəliyə doğru "hərəkət etməyəcək". "Böyük və vədedici razılaşma əldə olunub," - nazir deyib. "Nəticədə, yaxın 6 ay ərzində İranın nüvə proqramı irəliyə doğru hərəkət etməyəcək, qismən isə hətta geri çəkiləcək", - Heyq bildirib.

Bu arada ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Binyamin Netanyahu ilə İranla "altılığın" razılaşmasını müzakirə edəcək. Bu haqda məlumatı ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi məlumat verib.

"Altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) Cenevrədə İranın nüvə proqramının əhəmiyyətli şəkildə kəsilməsi tədbirləri haqqında daha tam razılaşma əldə edilməsinə qədər İran nümayəndələri ilə razılığa gəlib. Xüsusilə, İran öz nüvə obyektlərinə MAQATE müfəttişlərini buraxmaq, plutoniumun və sentrifuqaların istehsalını, uranın 5%-dən artıq zənginləşdirilməsini dayandırmaq öhdəsini götürüb.

Qeyd edək ki, İsrail Yaxın şərq regionunda ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir. Ölkənin Baş nazir Netanyahu isə İranla ümumiyyətlə hər hansı bir sazişin əleyhinədir. İsrail tərəfi məsələnin həllin bu dəfə də hərbi müdaxilə də görür və bu barədə beynəlxalq ictimaiyyəti dəfələrlə xəbərdar edir.


Teqlər:





Xəbər lenti