Sabah hava mülayim olacaq

Sabah hava mülayim olacaq
  24 Noyabr 2013    Oxunub:1251
Həftənin ilk iş günü Azərbayacnda mülayim hava şəraiti davam edəcək.
Həftənin ilk iş günü Azərbayacnda mülayim hava şəraiti davam edəcək. AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-8, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti