Avtobuslar kart sisteminə keçir

Avtobuslar kart sisteminə keçir
  24 Noyabr 2013    Oxunub:1602
Nazirlik: Avtobus sürücülərinin qanunsuz hərəkətlərinə son qoyulacaq.

“Yaxın vaxtlarda avtobusların kart sisteminə keçidi sürücülərin qanunsuz hərəkətlərinə son qoyacaq”. AzVision.az APA- ya istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənov deyib ki, sürücülərin bir-birinə qarşı aqressiv münasibəti, aralarındakı rəqabət sonda yol qəzalarının statistikasını artmasına və ya insan həyatı bahasına başa gəlir. Hətta iş o yerə çatıb ki, bəzən bir-birini avtobusunu keçmək istəyən sürücülər piyadaların gedib-gəldiyi səkilərə çıxmaqdan belə çəkinmirlər, bu yolla bir qədər vaxt udmaq istəyirlər. Amma bu zaman unutduqları çox məqam olur. Onların bu “irəli düşmək” cəhdi kimlərinsə həyatına son qoyur: “Kart sisteminə keçiddən sonra onun üçün fərqi olmayacaq dayanacaqdan daha cox adam yığmaq. Bundan sonra sürücülər vaxtında dayanacaqda olacaqlar. Sürücü sərnişinlə birbaşa pul ünsiyyətində olmadıqda onun üçün nə qədər sərnişin yığması əhəmiyyətsiz olur".

Namiq Həsənov deyib ki, son reydlər zamanı aşkarlanan neqativ hallar arasında sürücülərin sükanı özbaşına digər şəxslərə həvalə etməsi halları daha çox nəzərə çarpıb: “Səhər qarajdan vəsiqəli və geyimli çıxır amma 1 saatdan sonra sükanı başqasına həvalə edib gedir. Yoxlayanda görürsən ki həmin sükan arxasında olan adam naşıdır. Fəlakət bax bundadır. Bu sürücülərin özündə də bir vicdan olmalıdır ki öz işini, ona tapşırılan işi başqasına verməsin. Biz 1 saat reyd keçirdik sonra gələn kimi yenə eyni şey olacaq deməli bu ümumi psixologiyadan yaranan bir şeydir”.

Qeyd edək ki, 9 ayda 217 sürücü D kateqoriyası olmadığı, 131 nəfər sürücüdə isə ümumiyyətlə, sürücülük vəsiqəsi olmadığı üçün cərimələnib.


Teqlər:  





Xəbər lenti