“4 oğlu olan valideyn qocalar evində yaşayır” - Komitə rəsmisi
Komitə nümayəndəsi bildirib ki, ölkədə qız uşağının azalması ilə bağlı həyacan təbili çalınır: "Qızların sayının azalmasının ailə institutuna yaradacaq təsirini artıq müşahidə edirik. Ailədə, cəmiyyətdə qıza və qadına üstünlük verilməlidir. "Üçüncü uşaq qız doğulsa evə gəlmə" qorxusu altında qadın qalmamalıdır. Hamilə qadın psixoloji problemlər yaşamamalıdır. Qayınana da qadındır və niyə gəlini qız uşağını dünyaya gətirməməyə məcbur etməlidir?. Ailədə və cəmiyyətdə "oğlan ailənin dayağıdır, valideynlərinin qayğısına qalır" stereotipləri pozulmalıdır. Təcrübədə də sübut edilib ki, 4 oğlu olan valideyn qocalar evində yaşayır".
Aytən Zəhra
Azvision.az
Teqlər: Komitə Qadın Aynur-Veysəlova