Hyustonda Azərbaycan hazırlıq mərkəzi

Hyustonda Azərbaycan hazırlıq mərkəzi
  24 Noyabr 2013    Oxunub:1488
Hyustondakı Azərbaycan Mərkəzi nəzdində “Odlar Yurdu” ümumtəhsil hazırlıq mərkəzi açılacaq
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Hyustonda “Odlar Yurdu” ümumtəhsil hazırlıq mərkəzi açılacaq.

Mərkəzdə Azərbaycan dili və ədəbiyyatı, tarix sinifləri, uşaqlar üçün teatr və rəqs kursları, təsviri incəsənət, şahmat və Azərbaycan mətbəxi dərnəkləri, habelə rus və ispan dilləri kursları fəaliyyət göstərəcək.

Ümumtəhsil hazırlıq mərkəzi Hyustondakı Azərbaycan Mərkəzinin nəzdində açılacaq.

Azərbaycan Mərkəzi 2012-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə yaradılıb.


Teqlər:





Xəbər lenti