Zaxarova xanım naziri təxribatçı adlandırdı

   Zaxarova xanım naziri təxribatçı adlandırdı
  22 May 2019    Oxunub:1932
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın səhiyyə naziri Ulyana Suprunun rəsmi Moskvanın BMT-nin Təhlükəsizlik Şurasından (TŞ) qovulması barədə çağrışına münasibət bildirib.
Azvision.az xəbər verir ki, Zaxarova xanım naziri milliyətçi və rusofob adlandırıb.

“Milliyətçi, rusofob, əsl təxribatçı. O, Rusiyadan çox, Ukrayna xalqına zərər verdi”, -deyə Zaxarova bildirib.

Qeyd edək ki, Ukraynanın Səhiyyə naziri Ulyana Suprunun fikrincə, BMT Rusiyanın TŞ-da üzv olmasına dözməməlidir. Üzv ölkələr və digər beynəlxalq təşkilatlar Qərbin hesablarını dolduran Rusiya pullarına “yox” deməlidir, yoxsa onlar Kremlin əsiri olmaq riski ilə üzləşə bilərlər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya   XİN  





Xəbər lenti