Dispanserdən qaçanlardan biri yaxalandı

Dispanserdən qaçanlardan biri yaxalandı
  25 Noyabr 2013    Oxunub:1183
Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya xəstəxanasından qaçan 4 nəfərdən biri- Elvin Nəsrullayev müalicə yerinə qaytarılıb. Sabunçu Rayon Mühafizə İdarəsinin rəis müavini Vəli Abbasovun verdiyi məlumata görə, Elvin Nəsrullayevi valideynləri Sumqayıt Mühafizə Polisinə təhvil verib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Sabunçu Rayon Mühafizə Polisi İdarəsindən hadisənin təfərrüatları barədə də məlumat verilərkən bildirilib ki, Maştağadakı Psixiatriya Xəstəxanasından qaçmaq istəyənlərin sayı çox olub. Xəstələr əlbir olaraq, onlara iynə vurarkən və dərman verərəkən tibb bacısına dəmir parçasi ilə müqavimət göstəriblər. Bu şəxslər palatadan çıxa bilsə də, polisin müqavimətini yalnız 4 nəfər qıra bilib.

Noyabrın 15-də 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından qaçan 4 nəfərdən üçünün axtarışı isə hələ davam edir. Bu şəxslər həm də müxtəlif cinayətlər törətməkdə ittiham olunurlar.


Teqlər:





Xəbər lenti