Şəki voleybolçuları Avropa liqasına vəsiqə qazandı

Şəki voleybolçuları Avropa liqasına vəsiqə qazandı
  25 Noyabr 2013    Oxunub:1313
AzVision.az xəbər verir ki, “Şəki” voleybol komandası Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə noyabrın 18-dən 23-dək Mingəçevir şəhərində davam edən kişilər arasında voleybol üzrə Azərbaycan çempionatının final mərhələsində uğurlu çıxış edərək yarışları ikinci pillədə başa vurub.

Şəhər Gənclər və İdman İdarəsindənvverilən məlumata görə, çempionatı yüksək səviyyədə keçirən Şəki voleybolçuları yalnız final oyununda Bakının “Neftçi” komandasına məğlub olaraq gümüş medallara sahib çıxıblar. Yüksək liqada ikinci yeri tutan “Şəki” komandası, eyni zamanda, Avropa liqasına da vəsiqə qazanıb.

anspress.com


Teqlər:





Xəbər lenti