Zelenski prezident kreslosunu bəyənmədi: “Narahatdır” - (VİDEO)

  22 May 2019    Oxunub : 7806
 Zelenski prezident kreslosunu bəyənmədi: “Narahatdır” - (VİDEO)
Ukraynanın yeni prezidenti Vladimir Zelenski kabinetindən narazı qalıb.
Azvision.az verir ki, Zelenskinin iş otağındakı ilk gününün videosu Ukrayna prezidentinin "Youtube" kanalında yerləşdirilib. Kadrlardan görünür ki, ilk dəfə otağa daxil olan Zelenski kresloya əyləşir və reaksiyası belə olur: ”Narahatdır”.



O, həmçinin Prezident Administrasiyasının hazırki binasından köçmək istədiyini bildirib.

Qeyd edək ki, Zelenski prezident vəzifəsinin icrasına mayın 20-də başlayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ukrayna   Zelenski