Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a bildiriblər ki, tədbirdə nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlər və perspektivlər barədə fikir mübadiləsi aparılıb, müvafiq təkliflər irəli sürülüb, bölmələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin üzərinə düşən vəzifələrdən danışılıb.
Müzakirələrdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin və Sumqayıt Hərbi Prokurorluğunun nümayəndələri iştirak ediblər.
Azvision.az