Rus turistlər qəzaya düşdü: Ölən və yaralılar var

  22 May 2019    Oxunub : 1206
Rus turistlər qəzaya düşdü: Ölən və yaralılar var
İtaliyada rusiyalı turistləri daşıyan avtobus aşıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 50-dən çox rusiyalını aparan avtobus Siena şəhərindən Florensiyaya gedən yolda baş verib. Belə ki, avtobus yol kənarındakı səddə çırpılaraq aşıb.

Qəza nəticəsində azı bir nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb. Qəzanın səbəbləri hələ ki, məlum deyil. Hazırda Siena və Florensiya arasında avtomobil yolu müvəqqəti olaraq bağlanıb. Hadisənin baş verən əraziyə xilasedicilər cəlb edilib.

Azvision.az

Teqlər: Turist   Qəza