Fransada islamofobiya halları artıb - FOTO

Fransada islamofobiya halları artıb - FOTO
  25 Noyabr 2013    Oxunub:1214
Fransada 20013-cü ilin doqquz ayı ərzində islamofobiya halları 11,3 faiz artıb.
Fransada islamofobiya aktları 2013-cü ilin doqquz ayı ərzində 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 11, 3 faiz artıb.

Bu barədə Parisdə nəşr olunan “ Observatuarr” jurnalı məlumat yayıb.

Məlumatda bildirilir ki, cari ilin yanvar-sentyabr aylarında müsəlmanlara qarşı 157 hadisə qeydə alınıb.

Müsəlmanlara qarşı yolverilməz hərəkətlər daha çox Reyms şəhərində, Paris ətrafındakı Arjentöy və Trappe yaşayış qəsəbələrində baş verib.

Məlumatda, həmçinin islamofobiya halları ilə bağlı rəqəmin polisə müraciətlər əsasında qeydə alınan rəsmi rəqəmlər olduğu diqqətə çatdırılıb. Əksər hallarda hücuma məruz qalanlar polisə müraciət etməkdən çəkinib.

İslamofobiya aktlarının, müsəlmanlara qarşı nifrət hisslərinin daha çox internet vasitəsilə yayıldığı məlumatda öz əksini tapıb.

Qalereya




Teqlər:  





Xəbər lenti