Qəbulda maksimum bal yığan abituriyent kimdir? - FOTO
İmtahanda I ixtisas qrupu üzrə 1 abituriyent Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.
Azvision.az -ın əldə etdiyi məlumata görə, imtahanda maksimum bal yığan abituriyent Tofiq Müxtəsərovdur. O, buraxılış imtahanında da yüksək nəticə göstərib.
Qeyd edək ki, bu ildən qəbul imtahanları yeni model əsasında keçirilir. Abituriyentlərin qəbul və buraxılış imtahanında yığdıqları ballar toplanılır.
Aytən Zəhra
Azvision.az
Teqlər: İmtahan Abituriyent