Məktəblər arasında respublika çempionatı keçirilir

Məktəblər arasında respublika çempionatı keçirilir
  24 May 2019    Oxunub:1846
Mayın 23-də məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq, şahmat idman növü üzrə yarışların final mərhələsinə start verilib.
Azvision.az xəbər verir ki, beş gün davam edəcək oyunlarda zona yarışlarında birinci və ikinci yerləri tutan komandalar mübarizə aparırlar.

Məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat, atletika, voleybol və basketbol idman növləri üzrə mübarizə aparırlar.

Azvision.az



Teqlər: Məktəb   Çempionat   Yarış   Şahmat  





Xəbər lenti