Netanyahu: Cenevrə görüşü tarixi səhv idi

Netanyahu: Cenevrə görüşü tarixi səhv idi
  25 Noyabr 2013    Oxunub:1305
İsrail İranla 5+1 dövlətləri arasında nüvə məsələsində əldə olunan razılaşma ilə barışmaq istəmir
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin sözügedən danışıqların nəticələrini tanımayacağını bəyan edib. O bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın iştirakı ilə qəbul olunan qərar tarixi bir səhvdir. Bunun bütün region dövlətləri üçün mənfi nəticələr verəcəyini deyən Netanyahu İrana qarşı daha ciddi addımlar atılacağını bildirib.

İsrailin xarici işlər naziri Aviqdor Liberman isə razılaşmanı İranın diplomatiya tarixinin ən əhəmiyyətli qələbəsi olduğunu qeyd edib. Artıq Rusiya prezidenti Vladimir Putin də məsələyə münasibət bildirib. O qeyd edib ki, Rusiya sözügedən məsələnin yalnız sülh yolla həllinin tərəfdarı olub. Bu razılaşma İrana qarşı hərbi əmliyyatlar risqini tamamilə aradan qaldırmış oldu. Kreml rəhbəri həmçinin bildirib ki, Rusiya əvvəlkitək İranla əməkdaşlığı davam etdirəcək.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti