ABŞ-da təyyarə Atlantik okeana düşüb

ABŞ-da təyyarə Atlantik okeana düşüb
  25 May 2019    Oxunub:2166
ABŞ-ın Florida ştatında təyyarə qəzası baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, "Cessna" tipli biznes təyyarəsi Florida sahilləri yaxınlığında qəza uğrayaraq Atlantik okeana düşüb.

ABŞ Federal Aviasiya idarəsinin "Twitter" səhifəsində yayılan məlumata əsasən, təyyarənin pilotu qəza nəticəsində həlak olub. Təyyarədə ondan başqa heç kim olmayıb. Dispetçerlərin sözlərinə görə, qəzadan təxminən bir saat əvvəl pilotla əlaqə kəsilib.

Azvision.az



Teqlər: ABŞ   Təyyarə  






Xəbər lenti