Şöbə müdirləri hesabat verdilər
Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
M.Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan danışıb.
O, ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunub, müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyini nəzərə çatdırıb.
Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan nazir müavini qeyd edib ki, tam orta təhsilin təmayülləşməsi zamanı şagirdlərin yaradıcılıq qabiliyyəti aşağı siniflərdən müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalıdır.
Nazirlik rəsmisi təhsil müəssisələrinin pedaqoji əməkdaşlığının vacib olduğunu deyib, həmçinin məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib.
Daha sonra Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış ediblər. Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Hesabat tədbirindən sonra Salyan rayonundakı Sarvan kənd tam orta məktəbinin əsaslı təmirindən sonra açılış mərasimi keçirilib.
Mərasimdə M.Vəliyeva, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, ictimaiyyət nümayəndələri, şagirdlər və pedaqoji heyət iştirak edib. Məktəbin direktoru Müstəcəb Səmədov qonaqları təhsil müəssisəsi ilə tanış edib.
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi