Magistraturaya qəbul imtahanı keçirildi

Magistraturaya qəbul imtahanı keçirildi
  26 May 2019    Oxunub:3136
Mayın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 27 binada aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

Xatırladaq ki, bu il ilk dəfə olaraq Bakı şəhərində imtahan verən bakalavrlar 53 nömrəli proqram üzrə test imtahanını kompüter vasitəsilə veriblər.

Mayın 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Bakalavrlar Apellyasiya Komissiyasına mayın 27-si, 29-u və 30-u saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Apellyasiya Komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti