Azərbaycanda vəkil yol qəzasında öldü

 Azərbaycanda vəkil yol qəzasında öldü
  25 Noyabr 2013    Oxunub:1384
Şamaxı rayonunda ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər yaralanıb. Rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, hadisə bu gün saat 15:00 radələrində Şamaxı-Göylər yolunda qeydə alınıb. Şirvan şəhər sakini Rafiq Səmədovun yüksək sürətlə idarə etdiyi 90-KL-362 dövlət nömrə nişanlı “Azsamand” markalı minik maşını qarşı tərəfdən gələn “KamAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində minik maşınının sürücüsü Rafiq Səmədov dünyasını dəyişib. Qəza zamanı yük maşınında olan sərnişin, 55 yaşlı Rahil Yusifov isə müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, “Azsamand”ın sürücüsü Rafiq Səmədov Salyan rayon Hüqüq Məsləhətxanasının vəkili idi.

Vəziyəti nisbətən yaxşı olan sərnişin Rahil Yusifov hadisəni belə xatırlayır. "O böyük sürətlə gəlirdi biz kiçik sürətlə.onun sürəti böyük olduğu üçün kamazın sol tərəfdən orta mostuna sürətlə çırpıldı.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti