İran bayram edir, İsrail yasdadır

İran bayram edir, İsrail yasdadır
  25 Noyabr 2013    Oxunub:1315
İrana qarşı sanksiyalar aradan qalxır.
Cenevredən geri dönən İranın Xarici İşlər naziri Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyəti Tehranda böyük sevinc və çoşquyla qarşılanıb. Ölkə sakinləri «altılıq» ölkələri ilə əldə olunan razılaşmanı qələbə kimi qəbul edib. Tehranın fikrincə, «İran öz nüvə texnologiyaları sahəsindəki hüquqlarını müdafiə edib». Qərbdə isə, Nüvə araşdırmalarının azaldılması qarşılığında İrana qarşı sanksiyaların yumşaldılması nəzərdə tutulub.

«İrana qarşı tətbiq edilən sanksiyaların əksəriyyəti ölkə iqtisadiyyatına ziyan vururdu. Lakin cənab Zərifin xidmətləri İran pullarının banklarda dondurulmasına son qoydu. Hesab edirəm ki, vəziyyət daha yaxşı olacaq. Bu gün İran rialının dəyəri artıb, qızıl ucuzlaşıb və hər şey yaxşılığa doğru gedir».

«İllərdir davam edən təzyiqlərdən sonra super dövlətlər nəhayət İranın Nüvə texnologiyalarını zənginləşdirmək hüququnu tanıdılar. İstənilən iranlı bununla fəxr edə bilər.

Lakin razılaşmanın nəticələri heç də birmənalı qarşılanmayıb. Məsələn baş verənlər İsrail üçün heç də ürəkaçan olmayıb. İsrailin baş naziri Benyamin Netanyahu İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaq üçün «yazılı icazə» aldığını bildirib. Cenevrədə əldə olunan razılığı sərt şəkildə tənqid edən Netanyahu bunu «bütün dünya, region və İsrail» üçün təhlükəli razılaşma və tarixi səhv adlandırıb.

İsrail etiraz səsini ucaldandan dərhal sonra ABŞ prezidenti Barak Obama Netanyahuya zəng edərək ölkəsinin İsrailin təhlükəsizliynin qarantı olduğunu bildirib və Cenevrə razılaşması ilə bağlı dərhal məsləhətləşmələrin başlayacağını qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti